29 noyabr 2024. Cümə

Hakimin üzərinə canavar sürüsü kimi gəlirlər


  • Offside
  • 16:13 19.01.2023
  • Oxunma sayı: 89
Hakimin üzərinə canavar sürüsü kimi gəlirlər

“Oyunlarını idarə etməkdən qorxduğum yeganə komanda braziliyalılar idi. Onsuz da əvvəllər onların görüşlərində işləmək təcrübəm olmuşdu”. Corner.az xəbər verir ki, bunu avstraliyalı futbol hakimi Anton Şetinin deyib.

Qətərdə keçirilmiş dünya çempionatında iştirakı ilə bağlı danışan referi Braziliya millisinin oyunlarını idarə etmək istəməməsinin səbəbini belə izah edib: “Onlar dözülməz və emosional uşaqlardır. Hakimin üzərinə canavar sürüsü kimi gəlirlər. Ola bilsin ki, onlar evdəki qəzəblərinin sədaqətlə qiymətləndirilməsinə öyrəşiblər. Amma braziliyalıların oyunlarını idarə etmək çox çətindir. Davranışlarına nəzarət etmək üçün son dərəcə emosional cəhətdən sakit bir insan olmalısınız. Argentinalılar haqda da oxşar sözlər yazılır. Amma onlar braziliyalılara nisbətən daha balanslıdırlar deyə bilərəm”.

Şetinin Qətərdə içkilərlə bağlı qadağaya da toxunub: “Dohanı yaxşı tanıyırdıq. Asiya Çempionlar Liqasının oyunları tez-tez burada keçirildiyi üçün biz ildə ən azı dörd-beş dəfə burada oluruq. Konkret olaraq, dünya çempionatında bizə qadağa qoymadılar, sadəcə, çox gərginlik var idi. Hakim matçdan sonra turnirə təsir etmədən nə qədər içə bilər? Bu, insandan asılıdır - əsas odur ki, özünü otağa çatdıra bilsin. Orta hesabla beş bokal pivə içmək olar. Oturmaq, söhbət etmək, futbola baxmaq - bir neçə gün ərzində təyinat almayacağınızı bilirsinizsə, niyə istirahət etməyəsiniz? Bardan çıxandan sonra səhər məşq etməyə hazırsınızsa, problem yoxdur. Dünya çempionatının hakimləri arasında ən dözümlü kimdir? Almanlar özlərini çox yaxşı göstərdilər, lakin ingilislər təəccüblü dərəcədə çox zəif özlərini göstərdilər”.







Offside