Azərbaycanda iki futbolçu danışılmış oyunlarda iştirakına görə, futboldan ömürlük uzaqlaşdırılıb. Corner.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Birinci Divizionda iştirak edən MOİK-in oyunçuları Fərmayıl Əliyev və Emin Mehtiyevin danışılmış oyunlarda iştirakı təsdiqlənib.
Bu səbəbdən onlar ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Tərəflər qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.