29 noyabr 2024. Cümə

Boltun hesabından 12 milyon dollar oğurlanıb!


  • Offside
  • 20:54 19.01.2023
  • Oxunma sayı: 60
Boltun hesabından 12 milyon dollar oğurlanıb!

Yamaykalı atlet Useyn Boltun böyük məbləğdə pulu oğrulanıb. Corner.az “Blomberq”ə istinadən xəbər verir ki, bu barədə olimpiya çempionunun vəkili Linton Qordon açıqlama yayıb.

O, idmançının Kinqstonda yerləşən “Stocks and Securities Ltd” investisiya firmasındakı hesabından 12 milyon dollar yoxa çıxdığını bildirib.

Bolta bu yaxınlarda hesabda cəmi 12.000 dolların qaldı barədə məlumat verilib. Hesab Boltun pensiya və ömür boyu əmanətlərinin bir hissəsi imiş. Vəkil idmançının bu hadisədən şoka düşdüyünü də söyləyib: “Bu, hər kəs üçün kədərli xəbərdir”.

Qordon baş verən hadisə ilə bağlı onunla və ya müştərisi ilə əlaqə saxlanılmadığını söyləyib.  

Səkkiz qat olimpiya çempionu olan Bolt, 100 və 200 metr məsafələrə qaçışlarda dünya rekordlarına sahibdir. O, dünyanın ən sürətli adamı hesab olunur.







Offside