28 oktyabr 2024. Bazar ertəsi

Orlov'dan etiraf: Bizim məşqçilərimiz zəifdi


  • Offside
  • 18:50 20.01.2023
  • Oxunma sayı: 64
Orlov'dan etiraf: Bizim məşqçilərimiz zəifdi
Rusiyalı futbol şərhçisi Gennadi Orlov maraqlı açıqlama ilə gündəmə gəlib. Corner.az xəbər verir ki, veteran futbolçu bu günlərdə gənc rusiyalı mütəxəssislərin PRO kateqoriyasına yiyələnməsinə münasibət bildirib.
 
78 yaşlı şərhço ölkələrində güclü məşqçilərin barmaqla sayılacaq qədər az olduğunu bildirib:
 
“Bizim məşqçilərimiz zəifdi. Bütün ölkədə cəmi iki məşqçi var – Sergey Semak və Valeri Karpin. Qalanları mübahisəyə açıqdı. Spartak Qoqniyev Premyer Liqa komandasının məşqçisi oldu. Kimdi o? Bir məşqçi kimi nə əldə etdi? Vadim Qaranin “Soçi”ni məhv etdi. Bizim məşqçi məktəbimiz çox aşağı səviyyədədi”.
 
Qeyd edək ki, yanvarın 10-da Rusiyada PRO kateqoriyasını alan məşqçilər sırasında “Sabah”ın çalışdırıcısı Murad Musayev də olub.






Offside