4 fevral 2026. Çərşənbə

Taksi sürücüsünün öldürmək istədiyi futbolçunu Putin qurtardı


  • Offside
  • 19:01 20.01.2023
  • Oxunma sayı: 124
Taksi sürücüsünün öldürmək istədiyi futbolçunu Putin qurtardı

Qadın futbolçulardan ibarət İngiltərə yığmasının və “Arsenal”ın sabiq müdafiəçisi Aleks Skott Rusiya prezidenti Vladimir Putinlə fotosunun onun həyatını necə xilas etməsi ilə bağlı maraqlı etiraf edib. Corner.az xəbər verir ki, 38 yaşlı sabiq futbolçu 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı vaxtı təhlükəli vəziyyətlə qarşılaşdığını bildirib.

Skott həmin vaxt BBC-də ekspert kimi çalışırmış. O, dostları ilə görüşdükdən sonra oradan ayrılmaq üçün “Uber”dən istifadə etmək qərarına gəlib. Hadisə məhz həmin günə təsadüf edib: “Taksiyə əyləşdikdən sonra sürücü mənə “Onlara de ki, səni bir daha görməyəcəklər” dedi. Mən, “başa düşmürəm” dedikdən sonra, o, telefonunu götürdü və “Google Translate”də bu sözləri yazaraq mənə göstərdi: “Mən səni evinə aparmıram. Mənimlə gələcəksən”. O, sözlərdən sonra bədənim uyuşdu. O, başqa dəhşətli şeylərdən də danışırdı. Sonda dedi ki, mən sənin kimi qızları öldürməyə aparıram. Maşının da qapıları bağlı idi. Mən də dərhal öz agentimə “Əgər mən 15 dəqiqəyə qayıtmasam, axtarış qrupu göndərin” mesajını yazdım.

Sonra anidən həmin səhər Rusiya prezidenti Putinlə görüşümüzü xatırladım. Sürücüyə  dedim ki, sən məni öldürə bilməzsən, sabah Putini görüşməliyəm” dedim. O, gülməyə başladı və dedi: “Heç kim Putinlə görüşmür”. Amma mən Kremlə səhər səfərimdən qəzetlərə çıxan fotoları axtarmağa başladım. Şəkillərimi ona göstərdikdən sonra, “Sabah Putinlə görüşməsəm, o sizi tapacaq”, deyə hədə-qorxu gəldim”.

Yalnız bundan sonra sürücü onu qaldığı otelə aparmaq qərarına gəlib. Amma Skott, taksi sürücüsü ona toxunub öpməyə çalışdığını da bildirib: “Mən bütün olanlara baxmayaraq, bir şey etmək əvəzinə, sadəcə, heç vaxt olmamış kimi hadisəni yaddaşımdan silməyə çalışdım. İstəməzdim ki, insanlar mənim haqqımda narahat olsunlar və ya özümü idarə edə bilmədiyimi düşünsünlər”.







Offside