Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Sərhədçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Paytaxt təmsilçisi bu görüşdən 86:78 hesabıyla qalib ayrılıb.
Turun son matçı isə lider NTD ilə “Neftçi” İK arasında baş tutub. “Neftçi” bu oyunda daha güclü olub – 86:79.
Xatırladaq ki, daha öncə “AAAF Xırdalan” “Zirvə Astara”ya 100:76, “Sabah” isə “Olimpik Şəki”yə 77:72 hesabıyla qalib gəlmişdi.