28 oktyabr 2024. Bazar ertəsi

Yüksək Liqada ilk dövrəyə sabah yekun vurulacaq


  • Offside
  • 15:53 23.01.2023
  • Oxunma sayı: 69
Yüksək Liqada ilk dövrəyə sabah yekun vurulacaq
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.
 
Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.
 
3-cü tura UNEC - “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.
 
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.






Offside