28 oktyabr 2024. Bazar ertəsi

Əsas mərhələyə yüksələnlər


  • Offside
  • 18:19 23.01.2023
  • Oxunma sayı: 63
Əsas mərhələyə yüksələnlər
19 yaşadək futzalçılardan ibarət komandalar arasında final mərhələsi bu il sentyabrın 3-dən 9-dək Xorvatiyada təşkil olunacaq Avropa çempionatının ilkin mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, üç qrup üzrə keçirilən qarşılaşmaların yekunu olaraq İngiltərə, Kosovo və Monteneqro əsas mərhələyə yüksəlib. 
 
Əsas mərhələnin oyunları martın 21-dən 26-dək təşkil olunacaq və 28 komanda 7 qrupda mübarizə aparacaq. Millimiz 5-ci qrupda Bosniya və Herseqovina, Fransa və Yunanıstanla qarşılaşacaq. Bu qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.






Offside