AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az saytı xəbər verir ki, komitə AFFA Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyunundakı neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
“Səbail”in baş məşqçisi Müşviq Qənbərovla “Neftçi”dəki həmkarı İlyas Qurbanov arasında davamlı şəkildə mübahisə olub. Baş hakim tərəfindən qırmızı vərəqə alan hər iki mütəxəssis 5 oyunluq cəzalandırılıb.
“Neftçi”nin futbolçusu Oruc Məmmədov isə 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə, meydandan kənarlaşdırıldıqdan sonra rəqib komandanın ünvanına qeyri-etik ifadələr işlədib. Bu, onun 4 matçlıq diskvalifikasiya olunmasına səbəb olub.