4 fevral 2026. Çərşənbə

Sərhədçi NTD-yə məğlub oldu


  • Offside
  • 21:35 24.01.2023
  • Oxunma sayı: 82
Sərhədçi NTD-yə məğlub oldu

Azərbaycan Basketbol Liqasında (ABL) XV tura start verilib.

Corner.az-ın məlumatına görə, açılış oyununda "Sərhədçi" və NTD komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb - 79:78.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Zirvə Astara"nı, "AAAF Xırdalan" "Neftçi İK"nı, "Gəncə" isə "Olimpik Şəki"ni sınağa çəkəcək. Görüşlər 28-29 yanvarda oynanılacaq.







Offside