- Offside
- 22:14 04.02.2026
Məşhur boksçu Mayk Tayson yeni qalmaqalla gündəmə gəlib. Corner.az “Daily Mail”ə istinadən bildirir ki, ağır çəki dərəcəsində ən yaxşılardan biri kimi qəbul edilən 56 yaşlı keçmiş idmançı ikinci dəfə zorlamada ittiham olunub.
İddiaya görə, Tayson 1990-cı illərin əvvəllərində “Albany” gecə klubunda tanış olduğu qadını zorlayıb.
“Dostumu evindən götürmək üçün Taysonun limuzininə mindim. Mayk dərhal mənə toxunmağa başladı və məni öpməyə çalışdı. Ona bir neçə dəfə “yox” dedim və dayanmasını istədim, lakin hücum etməyə davam etdi. Sonra şalvarımı çıxarıb, məni vəhşicəsinə zorladı” – deyə, zərərçəkmiş bildirib.
Qeyd edək ki, amerikalı idmançı 1992-ci ildə Desiree Vaşinqtonu zorlamaqda təqsirli bilinib və 6 il həbs cəzası alıb lakin 3 il sonra həbsxanadan çıxıb.