28 oktyabr 2024. Bazar ertəsi

Mahir Emreli'nin son durumu açıqlandı


  • Offside
  • 16:00 27.01.2023
  • Oxunma sayı: 165
Mahir Emreli'nin son durumu açıqlandı

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumunu açıqlayıb.

Corner.az-ın məlumatına görə,70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında hücumçunun zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu bildirib.

O, bir müddət öncə belində ağrıları olan 26 yaşlı forvardın XIX turda "Lokomotiva"ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

Qeyd edək ki, yanvarın 28-də keçiriləcək "Dinamo" - "Lokomotiva" matçı Bakı vaxtı ilə saat 20:10-da başlayacaq.







Offside