28 oktyabr 2024. Bazar ertəsi

Murov'dan növbəti qələbə


  • Offside
  • 17:51 27.01.2023
  • Oxunma sayı: 80
Murov'dan növbəti qələbə
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında  növbəti oyun keçirilib. Corner.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 3-cü turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.
 
Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub - 25:18, 25:17. 
 
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xarı bülbül” 3 xalla 2-ci, set fərqində “Xarı bülbül”dən geri qalan “Neftçi” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.
 
Bununla da ilk dövrədən yalnız bir matç keçirilməmiş qalır. 2-ci turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
 
Yüksək Liqa
3-cü tur
27 yanvar
 
Murov - Xarı bülbül 3:0 (25:11, 25:18, 25:17)






Offside