28 oktyabr 2024. Bazar ertəsi

Basketbol üzrə millimiz üçün ilk beynəlxalq toplanış


  • Offside
  • 18:22 27.01.2023
  • Oxunma sayı: 153
Basketbol üzrə millimiz üçün ilk beynəlxalq toplanış
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 yığma komandası ilk dəfə olaraq xaricə təlim-məşq toplanışına yollanıb. Corner.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gündən Türkiyədə olan komandamız fevralın 3-nə qədər Ankara şəhərində təlim-məşq toplanışı keçəcək.
 
Toplanış çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyulda Andorrada baş tutacaq Avropa çempionatının C divizionu oyunlarına hazırlaşmaqdır.






Offside