- Offside
- 14:29 28.11.2024
Yanvarın 27-də Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət elit/U-23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb.
Azərbaycan Velosiped Federasiyasından Corner.Az-a verilən məlumata görə, 17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sıynayıblar. Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 kilometr məsafə qət ediblər.
Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamız mərhələni uğurla başa vurub. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb.
Mərhələnin qalibi 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Gordon Kyle olub.
Qeyd edək ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.