10 may 2026. Bazar günü

Çempion tay-brekdə bəlli olacaq


  • Offside
  • 18:53 27.01.2023
  • Oxunma sayı: 115
Çempion tay-brekdə bəlli olacaq

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

Corner.Az-ın məlumatına görə, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə də heç-heçə oynayıb.

Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyunda rapiddə yarışacaq. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı