10 may 2026. Bazar günü

Land of Fire qarüstü polo üzrə dünya kubokunun yarımfinalında


  • Offside
  • 19:02 27.01.2023
  • Oxunma sayı: 128
Land of Fire qarüstü polo üzrə dünya kubokunun yarımfinalında

Azərbaycanın polo üzrə "Land of Fire-Azerbaijan" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Corner.Az-a verilən məlumata görə, kollektiv qarüstü polo üzrə sayca 38-ci yarışın 1/4 finalında "Flexjet" ilə qarşılaşıb. Rəqibinə 5:3,5 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını finala yazdıran ilk komanda olub.

"Land of Fire-Azerbaijan" qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun əziz xatirəsinə həsr edib.








Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı