28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanın 4 karateçisi Premyer Liqa turnirində medal qazana bilər


  • Offside
  • 11:39 28.01.2023
  • Oxunma sayı: 87
Azərbaycanın 4 karateçisi Premyer Liqa turnirində medal qazana bilər

Azərbaycanın 4 karateçisi Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində bürünc medal qazana bilər.

Azərbaycan Karate Federasiyasında (AKF) Corner.Az-a verilən məlumata görə, kişilərdən 60 kq-da Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, 75 kq-da Fərid Ağayev, qadınlardan isə 55 kq-da Mədinə Sadiqova 3-cü yer uğrunda mübarizə aparacaq.

Medal görüşləri yanvarın 29-da baş tutacaq.

Qeyd edək ki, Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.







Offside