10 may 2026. Bazar günü

Avropa çempionatı Bakıda keçiriləcək


  • Offside
  • 16:51 28.01.2023
  • Oxunma sayı: 111
Avropa çempionatı Bakıda keçiriləcək
Gimnastikanın "TeamGym" növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək. Corner.az xəbər verir ki, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.
 
Yarış 16 - 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
 
"TeamGym" Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan növə 3 alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
 
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.
 
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).






Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı