5 fevral 2026. Cümə axşamı

Azərbaycan yığması Türkiyə klubuna məğlub oldu


  • Offside
  • 23:50 28.01.2023
  • Oxunma sayı: 91
Azərbaycan yığması Türkiyə klubuna məğlub oldu

Türkiyədə Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında olan Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi növbəti yoxlama oyununa çıxıb.

Corner.Az xəbər verir ki, milli komandamız yerli “Ankara TED Kolejliler” ilə qarşılaşıb.

Azərbaycan basketbolçuları parketdən 56:58 hesablı məğlubiyyətlə ayrılıblar.

Xatırladaq ki, komandamız bir gün öncə “Etimesgut Bələdiyyəsi” ilə qarşılaşmada 81:62 hesabı ilə qələbə qazanmışdı.







Offside