- Offside
- 23:18 04.02.2026
Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent Cup” turnirində uğurla çıxış ediblər.
Corner.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar.
Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər. M.Nurmətova şəxsi yarışlarda da etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da sahib olub.