“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı zamanı Kremlə səfəri zamanı maraqlı hadisə yaşayıb.
Corner.az xəbər verir ki, bu barədə Londonun “Arsenal” klubunun keçmiş futbolçusu Aleks Skott “Necə (yox) güclü olmaq” kitabında qeyd edib: “FIFA əfsanələri proqramı çərçivəsində mən və Rio dünya çempionatını müzakirə etmək üçün Kremlə dəvət olunduq. Biz Kremldən ayrılanda Ferdinandın etdiyi hərəkət məni çox güldürdü - o, əlini açıb mənə xatirə olaraq saxlamaq üçün oğurladığı çay qaşığını göstərdi”.
44 yaşlı keçmiş oyunçu “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 312 oyunda 7 qol vurub.