Braziliyada futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb. Corner.az xəbər verir ki, nəqliyyat vasitəsi 10 metrlik hündürlükdə olan körpüdən aşıb.
Qəza nəticəsində avtobusda olan 33 nəfərdən 4-ü dünyasını dəyişib. Məşqçilər və yeniyetmə futbolçulardan ibarət kollektivin qalan üzvləri xəstəxanaya yerləşdirib. Onların da arasında ağır yaralıların olduğu bildirilir.
Qəzaya uğrayanların Duke de Kaşiasdan olan həvəskarlardan ibarət komandanın üzvləri olduğu bildirilir. Onlar 16 və 18 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunmuş turnirdən qayıdırmış.