29 noyabr 2024. Cümə

Azərbaycan Güləş Federasiyası reytinq turnirinə qatılacaq idmançıları açıqladı


  • Offside
  • 19:36 30.01.2023
  • Oxunma sayı: 163
Azərbaycan Güləş Federasiyası reytinq turnirinə qatılacaq idmançıları açıqladı

Fevralın 1-dən 5-dək Xorvatiyada “Zaqreb Open” turniri keçiriləcək. İlin ilk reytinq yarışında ölkəmiz 31 idmançı ilə təmsil olunacaq.

Corner.Az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 10 sərbəst güləşçi Qran-Pridə qüvvəsini sınayacaq. Komandamızın heyətində Əliabbas Rzazadə, İslam Bazarqanov (hər ikisi 57 kq), Əli Rəhimzadə  (65 kq), Hacı Əliyev, Xadjimurad Qadjiyev (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.

Qadın güləşçilərin yarışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi ilə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə millimiz isə daha geniş tərkibdə iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murat Lokyayev (hamısı 97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (hamısı 130 kq) reytinq turnirində ölkəmizi təmsil edəcək.

Fevralın 1-də 57, 61, 65, 70, 74 və 86 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilər, növbəti gün 92, 97 və 125 kiloqramda çıxış edən sərbəst güləşçilər və 50, 55 kiloqramdakı qadın idmançılar xalça üzərinə çıxacaq. Ayın 3-də 59, 62, 65 və 68 kiloqramda yer alan qadınlarla yanaşı, 77 və 87 kiloqramda çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fevralın 4-də 53, 57, 72 və 76 kiloqramdakı qadınlar, eləcə də 63 və 67 kiloqramdakı yunan-Roma güləşçiləri nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Yarışın son günündə isə 55, 60, 72, 82, 97 və 130 kiloqramda yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “Zaqreb Open”də birinci kateqoriyalı hakim Tural Əliyev ədaləti qoruyacaq.







Offside