29 noyabr 2024. Cümə

Azərbaycan velosipedçiləri Tour of Sharjah yarışını uğurla başa vurduar


  • Offside
  • 16:40 31.01.2023
  • Oxunma sayı: 121
Azərbaycan velosipedçiləri Tour of Sharjah yarışını uğurla başa vurduar

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışı başa çatıb. Yanvarın 31-də idmançılar veloturun sonuncu - 5-ci mərhələsində 72.3 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.


Corner.Az xəbər verir ki,velosipedçilər "Al Dahaid Safari"dən start götürərək "Sharjah Al Noor Mosque" ərazisində finiş xəttini keçiblər.


Yarışda xüsusi əzmkarlıqla mübarizə aparan Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası bu mərhələni də uğurla başa vurub. Milli komandamızın bütün üzvləri marşrutun sonunadək ümumi pelotonda hərəkət ediblər. İdmançılar finiş xəttini qrup şəklində keçdiklərinə görə nəticələr fotofinişə əsasən müəyyənləşdirilib.


Milli komandamızın üzvlərindən Musa Mikayılzadə mərhələni 9-cu yerdə başa vurub (01h25'28''). Nəcəf Bağırov 25-ci (01h25'28''), Elçin Əsədov 29-cu (01h25'28''), Elgün Əlizadə 76-cı (01h25'28''), Şahin Eyvazov isə 92-ci (01h25'28'') sırada qərarlaşıblar.


Taylandın “Roojai Cycling Team” klubunun almaniyalı idmançısı Carstensen Lucas (01h25'28'') finiş xəttini birinci keçib.


Son mərhələdə komanda hesabında isə millimiz 5-ci nəticə göstərib (04h16'24'').


Ümumi təsnifatda Musa Mikayılzadə 9 saat 50 dəqiqə 26 saniyə göstərici ilə 15-ci pillədə yer alıb. O, yarışın lideri olan Taylandın “Roojai Cycling Team” klubunun niderlandlı üzvü Van Engelen Adnedən (09h48'17'') 2 dəqiqə 9 saniyə geri qalıb.


Qeyd edək ki, yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparıb.







Offside