28 oktyabr 2024. Bazar ertəsi

Kəpəz azarkeşi Bayılda bıçaqlandı


  • Offside
  • 21:43 31.01.2023
  • Oxunma sayı: 82
Kəpəz azarkeşi Bayılda bıçaqlandı

Misli Premyer Liqasının XXI  turu çərçivəsində keçirilən “Səbail” - “Kəpəz” görüşündə azarkeşlər arasında dava düşüb. Corner.az xəbər verir ki, dava nəticəsində bir gəncəli azarkeş  bıçaqlanıb.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.... Davanın digər iştirakçıları polis tərəfindən saxlanılıb. Onlardan üçünün bakılı tərəfdar olduğu bildirilir.







Offside