28 oktyabr 2024. Bazar ertəsi

Kəpəz bıçaqlanan azarkeşlə bağlı açıqlama yaydı


  • Offside
  • 23:49 31.01.2023
  • Oxunma sayı: 81
Kəpəz bıçaqlanan azarkeşlə bağlı açıqlama yaydı
"Kəpəz” klubu Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan “Səbail”lə səfər oyununda bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yayıb. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
 
Hazırda onun həyatı üçün təhlükə yoxdur.  
 
Klubdan verilən məlumatda o da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.






Offside