10 may 2026. Bazar günü

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşdi


  • Offside
  • 12:17 01.02.2023
  • Oxunma sayı: 117
Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşdi

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.

Azərbaycan Boks Federasiyasından Corner.Az-a verilən məlumata görə, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı