4 fevral 2026. Çərşənbə

Dadaşovun qolu 1/4 final üçün yetərli olmadı


  • Offside
  • 10:07 02.02.2023
  • Oxunma sayı: 86
Dadaşovun qolu 1/4 final üçün yetərli olmadı
Futbol üzrə İsveçrə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də ölkə kubokunda növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 3:5 hesabıyla uduzaraq mübarizəni dayandırıb.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 53-cü dəqiqədə penaltidən dəqiq yararlanan Renat vurub. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.






Offside