AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayəti ilə bağlı qərarınıa açıqlayıb. Corner.az xəbər verir ki, qurum “ağ-qaralar”ın əvəzedici heyətin baş məşqçisi Rəşad Abdullayevlə bağlı şikayətini təmin etməyib.
AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Neftçi-2”nin çalışdırıcısını dekabrın 15-də 5 oyunluq diskvalifikasiya edib. Bakılıların cəzanın yüngülləşdirilməsi üçün müraciəti isə müsbət cavablanmayıb.
Eyni zamanda klub barədə verilən 400 manat cərimə də qüvvədə saxlanılıb.