29 noyabr 2024. Cümə

Millimizlə eyni qrupda düşmədiyi üçün sevinir


  • Offside
  • 12:12 03.02.2023
  • Oxunma sayı: 78
Millimizlə eyni qrupda düşmədiyi üçün sevinir
Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqoritş AVRO-2025-in seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Corner.az xəbər verir ki, avstriyalı mütəxəssis düşdükləri qrupu qənaətbəxş adlandırıb.
 
65 yaşlı çalışdırıcı F və I qruplarına düşmədikləri üçün sevincli olduğunu gizlətməyib:
 
“Əvvəlki seçmə mərhələdən fərqli olaraq, bu dəfə uzun səfərlər olmayacaq. Bu da bir üstünlükdür. Skandinaviya ölkələrinə, eyni zamanda Azərbaycana səfərlər olan F və I qruplarına baxanda bu dəfə bəxtimizin gətirdiyini deyə bilərəm. Bu yolla biz oyunlara daha çox konsentrasiya oluna bilərik”.
 
Qeyd edək ki, Avstriya yığması H qrupunda Fransa, Sloveniya, Bosniya və Herseqovina və Kiprlə qarşılaşacaq. Azərbaycan millisi isə F qrupunda İngiltərə, Ukrayna. Serbiya, Şimali İrlandiya və Lüksemburqla mübarizə aparacaq.






Offside