28 oktyabr 2024. Bazar ertəsi

Vugar Gashimov Fair Play Award'ın yeni sahibləri məlum oldu


  • Offside
  • 13:05 03.02.2023
  • Oxunma sayı: 104
Vugar Gashimov Fair Play Award'ın yeni sahibləri məlum oldu
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess" turnirinda məlum olub.

Corner.Az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondunun məlumatına əsasən, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib. Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

“Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.






Offside