- Offside
- 20:47 25.03.2026
26 yanvar - 3 fevral tarixlərində Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan U-16 qız yığma komandamız hazırlığını yekunlaşdırıb.
Federasiyadan Corner.Az-a verilən məlumata görə, hazırlıq prosesində 7 yoxlama oyunu keçirən qızlarımız, bu görüşlərdən 6 qələbə ilə ayrılıblar.
Qızlarımızın təlim-məşq toplanışındakı əsas hədəfi, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının "C" divizionu oyunlarına hazırlaşmaqdır