- Offside
- 14:29 28.11.2024
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva Almaniyanın Oberstdorf şəhərində keçirilən “Bavaria Open 2023”də mübarizəyə başlayıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasından Corner.Az-a verilən məlumata görə, idmançı qısa proqramda 45,36 xal toplayaraq 19 iştirakçı arasında 4-cü olub.
Bu gün Əliyavanın sərbəst proqram üzrə çıxışı da nəzərdə tutulub.
Bundan əlavə, rəqs növündə Anna Obrien və Stiven Vey cütlüyü də məharətini göstərməyə çalışacaq.
Yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə bir yeniyetmə cütlük və iki böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.
Qeyd edək ki, turnir fevralın 5-dək davam edəcək.