28 oktyabr 2024. Bazar ertəsi

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atıldı


  • Offside
  • 16:44 03.02.2023
  • Oxunma sayı: 103
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atıldı

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

Corner.Az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, 11 idmançının iştirak edəcəyi yarışın ilk turunda Ləman Hacıyeva -Türkan Məmmədyarova, Ayan Allahverdiyeva - Xəyalə Abdulla, Zeynəb Məmmədyarova-Gülnar Məmmədova, Xanım Balacayeva-Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova görüşləri oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

On bir turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. Birinci turun oyunları fevralın 4-də saat 14:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5 min manat pul mükafatı qazanacaq.







Offside