10 may 2026. Bazar günü

Azərbaycan çempionatı: Növbəti oyunların vaxtı dəqiqləşdi


  • Offside
  • 14:13 04.02.2023
  • Oxunma sayı: 152
Azərbaycan çempionatı: Növbəti oyunların vaxtı dəqiqləşdi
Qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. 

Federasiyadan Corner.Az-a verilən məlumata görə, qadın voleybolçular arasında Yüksək Liqada II dövrənin növbəti oyunları fevralın 6-da keçiriləcək. V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu matçdan iki saat sonra “Murov” və UNEC kollektivlərinin görüşü baş tutacaq. 

Fevralın 7-də kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunlarına start veriləcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək. 

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.






Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı