29 noyabr 2024. Cümə

İki boksçumuz Qızıl kəmər seriyasında medalı təmin etdi


  • Offside
  • 12:47 06.02.2023
  • Oxunma sayı: 78
İki boksçumuz Qızıl kəmər seriyasında medalı təmin etdi
Boks üzrə Azərbaycan millisinin 4 üzvü Mərakeşdə keçirilən Qızıl kəmər seriyası turnirinin 1/4 final döyüşünə çıxıb. Corner.az saytı xəbər verir ki, 67 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nəbi İsgəndərov ikinci görüşünü də qələbə ilə yekunlaşdırıb.
 
O, əvvəlcə Atomani Barouf (Komor adaları), ardından isə Selbi Dlamini Tabisonu (Esvatini) üstələyib. Budəfəki rəqibini də 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesabı ilə məğlub edən boksçumuz ən azı bürünc medalı təmin edib. İsgəndərov yarımfinalda Seyşel adalarından olan Abdulhakim Akramla qarşılaşacaq.
 
71 kq çəkidə çıxış edən Sərxan Əliyev indoneziyalı Sarohatua Lumbantobinqdən sonra sierra-leoneli Alimami Kristian Tomasdan da güclü olub. 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26) hesablı qalibiyyət Əliyevi yarımfinala daşıyıb. Bununla o da ən azı üçüncü yeri təmin edib. Həmyerlimiz final yolunda Stiv Kulenquluka (Konqo DR) qalib gəlməlidi.
 
Digər boksçularımız Tayfur Əliyev (60 kq) və Məhəmməd Abdullayev (+92 kq) eyni uğuru davam etdirə bilməyib. Onlar müvafiq olaraq Vsevolod Şumkov (Rusiya) və Dieqo Lensiyə (İtaliya) uduzaraq, yarışı 5-ci yerdə tamamlayıb. Bu isə Tayfur və Məhəmmədə 400 reytinq xalı qazandırıb.
 
Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində daha 3 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador), Malik Həsənov (63,5 kq) isə Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.






Offside