Türkiyə millisinin sabiq futbolçusu Arda Turan ölkəsində baş verən zəlzələ ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. Corner.az xəbər verir ki, “Qalatasaray”, “Barselona” və “Atletiko” kimi klublarda çıxış etmiş keçmiş yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə yardım istəyib:
“Türkiyə yüksək həyəcan vəziyyəti elan edib. Səviyyə 4 xəbərdarlığına beynəlxalq yardım çağırışı daxildir. Bütün dünyada bu mesajı oxuyanlar üçün... Türkiyədə zəlzələnin dağıntıları altında qalan insanlarımızın xilas olmaları üçün sizin köməyinizə ehtiyac var”.
Qeyd edək ki, Türkiyənin bir neçə şəhərində baş verən zəlzələ nəticəsində 1000-dən çox adam həlak olub.