27 oktyabr 2024. Bazar günü

RM İdman Klubu açıq turnir keçirib


  • Offside
  • 20:28 06.02.2023
  • Oxunma sayı: 104
RM İdman Klubu açıq turnir keçirib

RM İdman Klubu kikboks üzrə açıq turnir keçirib.

Corner.Az xəbər verir ki, açılış mərasimində çıxış edən klub rəsmiləri və qonaqlar yarışın əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıblar. Turnirdə 200 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın yekununda müxtəlif çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Klubun baş məşqçisi Tural Cavadov yarışı yüksək qiymətləndirib: "Turnir gözlədiyimizdən də yaxşı keçdi. Bütün çəki dərəcələrində gərgin döyüşlər oldu. İdmançılar həvəslə qatıldıqları bu turnirdə sonadək mübarizə apardılar. Mən bütün iştirakçıları təbrik edirəm".

Qeyd edək ki, turnirdə qalib gələnlər qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.







Offside