29 noyabr 2024. Cümə

FIFA prezidentindən Türkiyəyə dəstək


  • Offside
  • 11:29 07.02.2023
  • Oxunma sayı: 93
FIFA prezidentindən Türkiyəyə dəstək
FIFA prezidenti Canni İnfantino Türkiyə və Suriyada baş verən zəlzələ barədə fikirlərini bildirib. Corner.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri hər iki ölkəyə dəstək nümayiş etdirib:
 
“Dünya futbol ictimaiyyəti adından Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz və dualarımız bu faciədə həlak olanlarla və əziyyət çəkənlərlədir. Biz bu dəhşətli zamanda hər iki ölkə xalqına həmrəyliyimizi və dəstəyimizi bildirmək istərdik”.
 
Qeyd edək ki, dünən səhər saatlarında Türkiyənin cənubundakı Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib və bu, 10 əyaləti əhatə edib.






Offside