- Offside
- 14:29 28.11.2024
Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.
Bu barədə Corner.Az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.
Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.