Şimali Makedoniyanın Skopye şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda regional seminarı keçirilib. Corner.az xəbər verir ki, seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov və Qrupun eksperti Fərhad Ələkbərov iştirak ediblər.
Seminarda aşağıdakı mövzular müzakirə olunub:
- Klubların Lisenziyalaşdırması üzrə yeniliklər
- Makedoniya Futbol Federasiyasında Klubların lisenziyalaşdırması və gənclər futbolunun inkişafı
- Üç illik qayda
- UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları və s.