7 aprel 2026. Çərşənbə axşamı

AFFA-nın keçirdiyi liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək


  • Offside
  • 20:31 07.02.2023
  • Oxunma sayı: 135
AFFA-nın keçirdiyi liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək
Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.
 
Corner.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb:
 
“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!.
 
Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.






Offside