- Offside
- 14:29 28.11.2024
Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) Corner.Az-a verilən məlumata görə, birinci turun görüşlərindən əvvəl Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Doqquz turdan ibarət turnirdə Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir. Əsas yarışda 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır. Turnirə fevralın 13-də yekun vurulacaq.
Qeyd edək ki, Qüdrət İsmayılovun baş hakimi olduğu “Quba Open”in ümumi mükafat fondu 5950 manatdır.