Cüdo üzrə Azərbaycan millisi Fransanın paytaxtı Parisdə təlim-məşq toplanışına qatılıb. Corner.az xəbər verir ki, hazırlıqda böyüklərdən ibarət komandanın 16 üzvü iştirak edir.
Bunlar Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov, Hidayət Heydətov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovdu (+100 kq).
Yığmamıza performans direktoru Mark van der Ham və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir. Hazırlıq qarşıdan gələn beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Fevralın 9-dək davam edəcək beynəlxalq təlim-məşq toplanışında dünyanın 59 ölkəsindən 458 idmançı iştirak edir.