Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib. Corner.az xəbər verir ki, o, Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandaları arasında keçirilən oyunda söz sahibi olub.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, növbəti mərhələyə adlayıb.
Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, "Rux"dan 4, "İnter"dən isə 1 futbolçuya sarı vərəqə göstərib.
Xatırladaq ki, Elçin Məsiyevə bu oyunda Rəhman İmami və Vüsal Məmmədov yan xətt hakimi kimi kömək ediblər. Dördüncü hakim funksiyasının isə Yatsek Malişek (Polşa) yerinə yetirib.