UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli qitə futbol qurumunun Fight The Fix (FTF) akademiya kursunda iştirak edib. Corner.az xəbər verir ki, fevralın 6-da başlayan və onlayn şəkildə keçən kurs bu gün başa çatıb.
“Danışılmış oyunlarla mübarizə” proqramı buna qarşı mübarizədə kəşfiyyat məlumatları toplamaq, araşdırmalara rəhbərlik etmək və istintaq proseslərinə köməklik göstərmək üçün lazım olan məlumatlar və bacarıqlarla təmin edir.