“Turan Tovuz” zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə aksiya başladıb. Corner.az xəbər verir ki, “Turan Tovuz” – “Kəpəz” oyununda bilet satışından əldə olunacaq gəlirin hamısı qardaş ölkəyə göndəriləcək.
Tovuz təmsilçisinin başlatdığı aksiyaya böyük maraq göstərilir. Tovuzdakı oyuna gələ bilməycək azarkeşlər bilet alaraq aksiyaya dəstək olurlar. Tovuzlu azarkeşlərdən olan Sahib Musayev 1 ədəd simvolik bilet alaraq 500 manat ianə etməklə öz köməyini əsirgəməyib.
Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” oyunu fevralın 11-də keçiriləcək.