- Offside
- 23:49 06.04.2026
Həvəskar statuslu BAL Liqasında çıxış edən "Kahramanmaraş İstiklalspor"un daha bir futbolçusu zəlzələnin qurbanı olub.
Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, Saruhan Bolat 23 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, daha əvvəl "Kahramanmaraş İstiklalspor"da çıxış edən Hakan Doğan və Taner Kahriman da zəlzələdə həlak olub.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 014 nəfər ölüb, 63 794 nəfər yaralanıb.