7 aprel 2026. Çərşənbə axşamı

Hatayspor'un futbolçusu zəlzələnin qurbanı oldu


  • Offside
  • 11:03 10.02.2023
  • Oxunma sayı: 106
Hatayspor'un futbolçusu zəlzələnin qurbanı oldu

Türkiyənin “Hatayspor” klubunun qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

Corner.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 15 yaşlı oyunçunun cansız bədəni dağıntılar altından çıxarılıb. Demetgülün yanında “Hatayspor” forması da olub.

Klubun idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu ilə bağlı isə hələlik bir məlumat yoxdur.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 342 nəfər həlak olub, 74 242 nəfər yaralanıb.







Offside